|
|
Təqvimlər
Həftəlik, aylıq və illik iş planlarında çox sıx istifadə olunan təqvimlər hazırda çox vacib promo reklam vasitələrindən biridir. Divar təqvimi, stolüstü təqvim, cib təqvimi kimi bir çox növü var. Hər birinin texniki xüsusiyyətləri bir-birindən fərqlənir.
Cib təqvimləri həm standart (7mm x10mm) həm də kiçildilmiş (55mm x85mm) ölçüsündə çap olunur.
Stolüstü təqvimlər adətən A5 ölçüsündə olur və hər bir ay üçün ayrı bir səhifə dizayn olunur. Divar təqvimləri isə tək bir vərəqdən ibarət ola biləcəyi kimi, hər bir ay üçün ayrı bir vərəq də çap etmək mümkündür. Hər səhifədə öz loqotipinizi, əlaqə məlumatlarını, müxtəlif məhsul fotolarınızı və bunlar haqqında informasiyaları istifadə edə bilərsiniz. Səhifə sayı, ölçü, kağız növü və s. məlumatları arzuladığınız qaydada seçə bilərsiniz.
M-Group müxtəlif növlü stolüstü təqvimləri dizayn və çap edir: üçbucaq formalı təqvimlər, standart təqvimlər, laminasiyalı təqvimlər və s.
M-Group tərəfindən çap olunmuş bütün məhsullar kimi təqvimlərimiz də yüksək keyfiyyətə malikdir.
Təqvim sifarişlərinizin qiymətləndirilməsi üçün vacib məlumatlar:
1. Təqvim növü
2. Ölçüsü
3. Səhifə sayı
4. Kağız növü
5. Laminasiya növü
6. Cildləmə növü
7. Çap növü (dijital/ofset), (birtərəfli, ikitərəfli)
8. Kağız növü
9. Tirajı
Təhvil müddəti: 5-7 gün
Daha ətraflı məlumat üçün e-mail göndərə ya da telefonla əlaqə saxlaya bilərsiniz.