Kafel üzərində çap

b_550_325_16777215_00_images_xeber_sekilleri_6oktyabr2016_plitka_dlya_vannoy_mozaika13_0.jpgPlitə üzərində ultrabənövşəyi çap bu sahənin ən çox tələbat duyulan istiqamətidir. Əslindətexnologiya əsrində bu, təbii haldır. Çünki son zamanlar interyerdə əsas diqqət onun fərdiliyinə və ekoloji cəhətdən təmizliyinə yönəldilir.



Ultrabənövşəyi çap istənilən rəsmin, o cümlədən də şəxsi fotoların tərtibat məqsədilə istifadəsinə imkan verir.

 

Sözügedən çap növünün yeganə məhdudiyyəti ölçü imkanları ilə bağlıdır. Bu isə olduqca böyük sahənin çapında mühüm əhəmiyyət kəsb edir.



Rəngarəng və davamlı məhsul əldə etmək üçün prosesin müvafiq qaydada gedişatına diqqət yetirmək lazımdır.

 

Təsadüfi deyil ki, bu cür sifarişlərin yerinə yetirilməsi xeyli vaxt tələb edir.